Dünya
04.08.2023 / 16:51
Ukraynanın əhalisi 2030-cu ilə qədər 32 milyona düşəcək - KSE
31102
2030-cu ilə qədər Ukrayna əhalisi 32 milyon nəfərə qədər azalacaq.
Valyuta.az xəbər verir ki, bu barədə Kiyev İqtisadiyyat Məktəbinin (KSE) prezidenti Timofiy Mılovanov bildirib.
“2021-ci ildə Ukraynanın əhalisi 37 milyon (köhnə hesablamalara görə, 43,5 milyon) olub. 2022-ci ildə təxminən 5,8 milyon ukraynalı qaçqın düşüb ki, bu da əhalinin sayının 31,2 milyon nəfərə qədər azalmasına gətirib çıxarıb”, - Mılovanov bildirib.
2023-cü ildə işçi qüvvəsinin 2021-ci ildəki 17,4 milyondan 12,5 milyon nəfərə düşəcəyi təxmin edilir.
"Təbii azalma, qaçqınların qayıdışı və miqrasiyanın nəzərə alındığı ətalət senarisinə görə, 2024-2032-ci illərdə Ukrayna əhalisinin sayı 31,8 milyon nəfər təşkil edəcək", - Mılovanov bildirib.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay