Yalnız qız uşaqları doğan analar daha az xoşbəxtdir - Britaniya araşdırması
Davranış elmləri professoru Pol Dolanın rəhbərlik etdiyi London İqtisadiyyat Məktəbinin bir qrup alimi 34 min britaniyalı arasında sorğu keçirib. Məlum olub ki, üç qız anaları iki qız və bir oğlan dünyaya gətirənlərdən daha az xoşbəxtdirlər.
Valyuta.az xəbər verir ki, araşdırmada 1958 və 1970-ci il təvəllüdlü insanlar iştirak edib. Onlardan mütəmadi olaraq həyatdan məmnunluqla bağlı sorğu keçirilib və məlum olub ki, bu amil övladlarının cinsinə birbaşa təsir edir.
Ümumiyyətlə, hər iki cinsdən olan valideynlərin üç qızı olsa da, oğulları yoxdursa, daha az xoşbəxt olduğu bilinib. Eyni zamanda ən böyük narazılığı da qadınlar dilə gətirib. Tədqiqat müəlliflərinin fikrincə, bəlkə də bu ona görə belədir ki, uşaqları dünyaya gətirən onlardır, ya da evdə daha çox qadın görmək istəmədikləri üçündür.
Üç qız övladının analarının həyatdan narazılığı hətta səhhətində problemlər yarada bilər.
Tədqiqat həmçinin müəyyən edib ki, iki eynicinsli uşağın valideynlərinin üçüncüyə sahib olma ehtimalı artıq həm qızı, həm də oğlu olanlara nisbətən daha çoxdur.
Bu zaman oğlanlara qarşı cinsi meyillilik də üzə çıxıb. İki qız anası olanlar iki oğlan analarının qız övladı istədiyindən daha çox oğlan övladı arzulayırlar.
Tədqiqatçılar qeyd ediblər ki, iki qız ataları analarından fərqli olaraq özlərini əla hiss edirlər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay