Pekində son 140 ilin ən güclü leysanları qeydə alınıb
Pekin Meteoroloji Xidməti son bir neçə gündə Çin paytaxtına yağan leysanları son 140 ilin ən güclü yağışları adlandırıb.
Valyuta.az xəbər verir ki, bu barədə şəhərin "Weibo" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Şəhərdə iyulun 29-dan avqustun 2-dək hava ekstremal olub. Qeyd olunur ki, Pekinin şimalındakı Çanpin bölgəsi ərazisinə 744,8 mm yağıntı düşüb. Bundan əvvəlki rekord 1891-ci ilin iyulunda 609 mm olub.
Meteorologiya Xidməti bildirib ki, Çində leysan yağışları kimi təbiət hadisələri ilə bağlı statistik məlumatlar qədim zamanlardan bəri saxlanılır, lakin qeydlərdə "dəqiq məlumatlar yoxdur".
Rəsmi məlumata görə, Pekində güclü yağışların səbəb olduğu daşqınlar 11 nəfərin həyatına son qoyub, daha 27 nəfər itkin düşüb. Səlahiyyətlilər 10 minlərlə sakini təxliyə edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay