Səhv əmrdən sonra NASA-nın Voyager 2 ilə əlaqəsi itdi
NASA-nın "Voyager 2" kosmik gəmisi ilə əlaqəsi kəsilib. Səbəb isə səhvə yol verən komandaların siyahısı olub. İndi agentliyin zondun Yerə siqnal göndərməsini gözləməkdən başqa yolu yoxdur.
Valyuta.az “Universe Today”ə istinadla xəbər verir ki, "Voyager 2" planetimizdən 20 milyard kilometr uzaqlıqdadır və görünür, düzgün işləyir. O, məlumatları toplayır və göndərir, lakin məlumat "Deep Space" şəbəkəsinə daxil deyil, kosmosa gedir. Bu, "Voyager 2"də yerinə yetirilən bir sıra planlaşdırılmış əmrlərin nəticəsidir. Onlara xəta daxil olub və nəticədə kosmik gəminin antenası Yerdən iki dərəcə kənara çıxıb.
Ancaq NASA üçün hər şey itirilməyib. "Voyager 2" kosmosda oriyentasiyanı bir neçə dəfə bərpa etmək və antenanı Yerə yönəltmək üçün proqramlaşdırılıb. Növbəti belə “ yenidən yükləmə” oktyabrın 15-də baş tutacaq. Agentlik həmin gün kosmik gəmi ilə əlaqəni bərpa edə biləcəyini gözləyir.
Xatırladaq ki, "Voyager 2", "əkiz" "Voyager 1" ilə birlikdə 1977-ci ildə buraxılıb. Onların vəzifəsi günəş sisteminin genişliklərini araşdırmaq olub. Qurğuların köməyi ilə onun sərhədinin haradan keçdiyini və dərin kosmosun başladığını öyrənmək mümkün olub. "Voyager 1" və "Voyager 2" hazırda günəş sistemindən kənardadır.
İkinci zond 3,7 m-lik antenna ilə təchiz olunub.O, S diapazonu (dalğa uzunluğu 13 sm), həmçinin X diapazonu (dalğa uzunluğu 3,6 sm) üzrə Dərin Kosmos Şəbəkəsi ilə əlaqə saxlayır. Cari məsafədə aparatdan gələn məlumatlar Yerə 17,5 saata çatır. "Voyager 2" uzaqlaşdıqca bu vaxt artır. Hesablamalara görə, zond və onun “əkiz”i təxminən 2025-ci ilə qədər işləyə biləcək, bundan sonra onların enerjisi tükənəcək.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay