Rusiya Afrika ölkələri ilə vizaları ləğv etmək istəyir
Rusiya Xarici İşlər Nazirliyinin müavini Mixail Boqdanov bildirib ki, ölkə Afrika dövlətləri ilə vizaların ləğvi məsələsi üzərində işləyəcək.
Valyuta.az xəbər verir ki, o, bu barədə Rusiya-Afrika forumunda TASS agentliyinə müsahibəsində danışıb.
“Rusiyanın Afrikaya qayıtması şüarı bizim fiziki, diplomatik, rəsmi mövcudluğumuzu nəzərdə tutur. Ona görə də biz bu məsələ ilə ölkələrlə məşğul olacağıq”, deyə Boqdanov bildirib.
Bundan əvvəl Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksim Reşetnikov bildirmişdi ki, Rusiya Afrika qitəsinə gübrə tədarükünün həcmini artırmağa hazırdır.
Bundan əvvəl Komor Adaları İttifaqının prezidenti, Afrika İttifaqının sədri Azali Assoumani bildirib ki, "taxıl sazişi"nin başa çatması Rusiya ilə Afrika arasında əməkdaşlığa təsir edə bilər, lakin Moskva ərzaq probleminin həlli üçün çox işlər görür. O, taxıl tədarükünü Afrika ölkələri üçün həyati problem adlandırıb. Onun sözlərinə görə, Rusiyadan Afrika ölkələrinə dəyəri 3 milyard dollardan çox olan 1,9 milyon tondan çox taxıl çatdırılıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay