Aİ-nin Belarusa qarşı yeni sanksiyalarının nədən ibarət olacağı bilindi - KİV
Rusiya Federasiyasının Ukraynaya qarşı başlatdığı müharibəyə dəstək verdiyi üçün Belarusa qarşı Aİ səfirləri tərəfindən təsdiqlənən sanksiyalar ikili təyinatlı mallara və təyyarə hissələrinə aid olacaq.
Valyuta.az "Politico"ya istinadla xəbər verir ki, Aİ Ukraynada hərbi əməliyyatlarda istifadə oluna bilən pilotsuz təyyarələr və ya kompüterlər kimi ikili təyinatlı mallara, həmçinin təyyarə hissələrinə ixrac məhdudiyyətləri tətbiq edəcək.
Adının açıqlanmasını istəməyən avropalı diplomatlar nəşrə bildiriblər ki, bundan əlavə, sanksiya siyahısına 38 fiziki şəxs və üç təşkilat daxil olacaq.
Bundan bir qədər əvvəl Aİ səfirləri Belarusun Rusiyanın işğalçı müharibəsində iştirakına görə ona qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı razılığa gəliblər.
Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakına görə Minskə qarşı məhdudlaşdırıcı tədbirlər bir neçə ay ərzində Brüsseldə müzakirə olunub.
Eyni zamanda, Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Belarusa qarşı sanksiyaların daha da gücləndirilməsində israrlıdır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay