Britaniyada rus oliqarxlarına dondurulmuş hesablardan pul xərcləməyə icazə verildi - NYT
Britaniya hakimiyyəti Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar Britaniya yurisdiksiyasındakı aktivləri dondurulmuş ruslar üçün kifayət qədər səxavətli “imtiyazlar” verib.
Valyuta.az "The New York Times" qəzetinə istinadla xəbər verir ki, britaniyalılar rusiyalı milyarderlərə dondurulmuş aktivlərin bir hissəsini cari ehtiyaclar üçün istifadə etməyə icazə veriblər.
Britaniya hökuməti rusiyalı oliqarxların bank hesablarının dondurulduğu iddiasına baxmayaraq, onlara şəxsi aşpaz, şofer və xadimə kimi imtiyazlara yüz minlərlə dollar xərcləməyə icazə verib.
“Lisenziyalar” adlanan bu istisnalar bəzi hallarda oliqarxlara Britaniyada yaşamaq üçün ildə 1 milyon dollardan çox pul xərcləməyə imkan verir. Bəzi hallarda hökumət məhkəmədə uduzaraq məhdudiyyətləri tamamilə aradan qaldırmağa məcbur olub.
The New York Times jurnalistlərinin gördükləri sənədlərə görə, rusiyalı bankir Mixail Fridman 19 nəfərin - sürücülərin, aşpazların, təmizlikçilərin və s. xidmətlərin haqqını ödəmək üçün "lisenziya" alıb. Sanksiyaların tətbiq olunduğu 10 ay ərzində Fridman bu məqsədlər üçün təxminən 400 min dollar xərcləyib. Bundan əlavə, Britaniya hakimiyyəti ona “ailəsinin əsas ehtiyacları” üçün ayda daha 9 min dollar xərcləməyə icazə verib.
Fridmanın keçmiş iş ortağı Petr Avenə Britaniya rəsmiləri ehtiyacları üçün, əsasən də təhlükəsizlik şirkətinin xidmətləri üçün ayda 60.000 funt-sterlinq (təxminən 77.000 dollar) istifadə etməyə icazə verib.
"Hökumətin əməliyyatları təsdiqləməzdən əvvəl hansı yoxlamalar apardığı bəlli deyil", - nəşrin müəllifləri qeyd edirlər.
Jurnalistlərin öyrəndiyinə görə, keçən il Böyük Britaniya Xəzinədarlığı ən azı 82 belə “lisenziya” verib. Daha bir çox belə lisenziyalar nəzərdən keçirilir.
Nəşr qeyd edir ki, “lisenziyalar” bütün dünyada, o cümlədən ABŞ-da sanksiya sistemlərinin bir hissəsidir. Lakin Vaşinqton adətən humanitar səbəblərə görə və ya əsas yaşayış xərclərini və hüquqi haqları ödəmək üçün lisenziyalar versə də, Böyük Britaniya meyarları daha genişdir. Hökumətin son hesabatında deyilir ki, lisenziyalar "Böyük Britaniyanın fərdi və biznes ehtiyaclarını qorumaq üçün verilir".
Xatıaladaq ki, iyul ayında Britaniya hökuməti Rusiya Federasiyasına qarşı yeni sanksiyalar elan edib. Rusiya Federasiyasının təhsil naziri Sergey Kravtsov ukraynalı uşaqların məcburi deportasiyasına görə “qara siyahı”ya düşüb. Britaniya hakimiyyətinin izah etdiyi kimi, uşaqların deportasiyası və nifrətlə dolu təbliğat Rusiya prezidenti Vladimir Putinin əsl niyyətini - Ukraynanı dünya xəritəsindən silmək niyyətini ortaya qoyur.
Az sonra Britaniya hökuməti iş adamı Riçard Bransonun tələbi ilə rusiyalı iş adamı Oleq Tinkova qarşı sanksiyaları ləğv edib. Bundan əvvəl Branson iddia edib ki, Tinkov guya səhvən sanksiyalar siyahısına salınıb, çünki o, “varlı rusiyalı biznesmen” olsa da, “heç vaxt oliqarx olmayıb”.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay