BRİCS ölkələrinin bankı NDB Rusiyada yeni layihələr planlaşdırmır
BRİCS ölkələri tərəfindən yaradılan Yeni İnkişaf Bankı (NDB) Rusiyada yeni layihələr nəzərdən keçirmir, çünki NDB maliyyə və kapital bazarlarına qoyulan məhdudiyyətlər altında fəaliyyət göstərir.
Valyuta.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə bankın rəhbəri Dilma Rusef bildirib.
Rusefin sözlərinə görə, bankın Rusiyadakı yeni əməliyyatlarının müzakirəsi ilə bağlı hər hansı fərziyyə əsassızdır.
BRİCS ölkələri qrupu (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) 2015-ci ildə baş ofisi Şanxayda (ÇXR) yerləşən bir bank yaradıb.
BRICS ölkələrinin xarici işlər nazirlərinin Cənubi Afrika Respublikasında bloka üzv ölkələrin sammiti ərəfəsində keçirilən görüşündə onlar inkişaf etmiş iqtisadiyyatların dominant mövqeyinə qarşı durmağın yollarını və dollara alternativlərin axtarışını müzakirə ediblər. Beləliklə, assosiasiya ölkələri artıq Rusiyada olduğu kimi “sanksiyaların qurbanı olmamaq” üçün bir yol axtarırlar.
Ukraynanın tammiqyaslı işğalına baxmayaraq, Moskvaya yaxın olan Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRİCS ölkələrinin növbəti sammiti avqustun 22-24-də Yohannesburqda keçiriləcək.
ABŞ-ın maliyyə naziri Canet Yellen Çinə səfəri zamanı bildirib ki, ABŞ dolları beynəlxalq ticarətdə dominant valyuta olaraq qalacaq və yaxın gələcək üçün alternativ olmayacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay