ABŞ-da ekoloji təmiz təyyarə hazırlanır
ABŞ-da yeni ekoloji cəhətdən təmiz sərnişin təyyarəsi X-66A üçün liveriya təqdim edilib.
Valyuta.az CNN-ə istinadən xəbər verir ki, təyyarə mavi, narıncı və qırmızı quyruq zolaqları ilə ağ rəngə boyanacaq.
"Boeing" və NASA bu təyyarəni "Sustainable Flight Demonstrator" adlı layihənin bir hissəsi kimi hazırlayıb.
NASA-ya görə, üzərində iş dfavam edən X-66A dizaynı yanacaq sərfiyyatını və emissiyaları bugünkü ən səmərəli təyyarə ilə müqayisədə 30%-ə qədər azalda bilər.
Bu konsept "Transonic Truss-Braced Wing" adlanır və qanadları təyyarə ilə birləşdirən diaqonal dayaqlarla sabitləşdirilmiş uzunsov nazik qanadlara əsaslanır. Quruluşun forması daha az sürtünmə yaradır, bu da daha az yanacaq yandırmağa imkan verir.
X-66A-nın ilk sınaq uçuşu 2028-ci ildə baş tutmalıdır. 2030-cu illərdə bu təyyarələrin kommersiya məqsədləri üçün istifadə ediləcəyi planlaşdırılır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay