İqtisadçılar narahatdır: Dünya bazarında taxılın qiyməti qalxa bilər
Taxıl sövdələşməsinin dayandırılması ilə əlaqədar dünya bazarında taxılın qiyməti 10-15% arta bilər.
Valyuta.az xəbər verir ki, bu proqnozu BVF-nin baş iqtisadçısı Pyer-Olivier Qurinşas "SkyNews" telekanalına müsahibəsində verib.
“Biz hələ də hara enəcəyimizi qiymətləndiririk, lakin güman etmək olar ki, taxıl qiymətlərində 10-15% artımı ağlabatan hesablamadır”, - BVF-nin baş iqtisadçısı deyib.
Bundan əvvəl “Oxfam Italia” qeyri-hökumət təşkilatı məlumat vermişdi ki, taxıl müqaviləsi ərzaq qiymətlərini saxlamaq üçün faydalıdır, lakin bu, dünya aclığı ilə mübarizədə panasea deyil. Təşkilat üzrə ekspert Hanna Saarinen qeyd edib ki, Ukrayna limanlarından ixrac edilən taxılın yalnız 3%-i yoxsul ölkələrə göndərilib.
İyulun 17-də Kreml taxıl müqaviləsinin faktiki olaraq dayandırıldığını elan edib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Rusiya ilə bağlı razılaşmaların bir hissəsi hələ də yerinə yetirilməyib. BMT taxıl müqaviləsinə xitam verildiyini təsdiqləyib və bundan təəssüfləndiyini bildirib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay