Bank filial və şöbələrinin sayının azalmasının səbəbi nədir? - Ekspert
Mərkəzi Bankın iyun ayı üçün yaydığı hesabatda bildirilir ki, cari ilin iyunun sonunda fəaliyyət göstərən 24 bankın filiallarının sayı 486, şöbələrinin sayı 86, ATM-lərin sayı 3009 olub.
Ötən ilin eyni dövründə isə bank filiallarının sayı 492, şöbələrinin sayı 96, ATM-lərin sayı isə 2935 təşkil edib. Bu isə o deməkdir ki, bir il ərzində bank filiallarından 6-sı, şöbələrindən isə 10 bağlanıb, ATM-lərin sayı isə 74 ədəd artıb.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Valyuta.az-a açıqlamasında bildirib ki, filial və şöbələrin sayının azalması bank xidmətlərin məhdud çeşiddə olmasından qaynaqlanır:
“Ehtimal etmək olar ki, bank filial və şöbələrin sayının azalması xidmətlərin azalması ilə bağlıdır. Səmərəlilik səviyyəsi aşağı olan, müştərilərin daha az müraciət etdiyi filial və şöbələr sözsüz ki, bağlanmalıdır. Bu hal bank filial və şöbələrinə tələbatın aşağı düşməsinin göstəricisidir. Banklara əsasən əhalinin yalnız kredit almaq istəyən kəsimi müraciət edir. Azərbaycan bankçılığı sələmə pul verməkdən başqa, kiçik istisnaları çıxmaq şərtilə, demək olar heç bir xidmət göstərmir”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay