Rusiyada araq və konyak satışı azalıb – ruslar içkidən uzaqlaşır?
Rusiyada araq və konyak satışı il ərzində müvafiq olaraq 16,4% və 20,3% azalıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Vedomosti" qəzeti Rosstatın məlumatlarına istinadən yazır.
Nəşrin məlumatına görə, ilin birinci yarısında araq satışının həcmi 30,2 milyon dekalitr (dal), konyak və brendi - 3,7 milyon dekalitrədək azalıb. Eyni zamanda, araq istehsalı 9% azalaraq 33,2 milyon dekalitr, konyak və brendi istehsalı isə 13% azalaraq 4,2 milyon dekalitr olub.
Ekspertlər belə göstəriciləri qeyri-leqal bazarın böyüməsi ilə izah edirlər. Bəzi yüksək keyfiyyətli spirt istehsalçıları Rusiyanı tərk etdikdən sonra topdansatış təchizatçıları onları saxta məhsullarla əvəz etməyə və kölgə istehsalçıları ilə əməkdaşlıq etməyə başladıyıblar, - "Ayıq Rusiya" Ümumrusiya hərəkatının lideri Sultan Həmzəyev deyib.
Daha əvvəl bildirilmişdi ki, Rusiyada spirt istehsalçıları 2023-cü ilin ilk aylarında viski istehsalını artırmağa başlayıblar.
“Kommersant”ın yazdığına görə, bir sıra xarici alkoqollu içki istehsalçıları və distribütorları getdikdən sonra Rusiya idxalçıları daxili bazarda öz paylarını artırıblar.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay