Bank
19.07.2023 / 21:33
Mərkəzi Bank iki şirkətlə bağlı məhkəməyə müraciət etdi
30543
"ALMEYVƏ" Məhdud Məsuliyyətli Cəmiyyəti və "BAKU 2019 CONSTRAKSEN" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində məhkəmə iddiası qaldırılıb.
Valyuta.az-ın məlumatına görə, Mərkəzi Bank tərəfindən hər iki şirkət barəsində cərimə protokolu tərtib olunub.
Şirkətlərin rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb.
Müddəanın tələblərinə əsasən, MMC-lər xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.
Protokola Nəsimi Rayon Məhkəməsində baxılır. İddia təsdiqini taparsa, şirkətlər ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.
Vüqar
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay