"Bundan kasıb ölkələr çox əziyyət çəkəcək” - Deputat
“Taxıl saziş”inin dayanmasında kasıb ölkələr çox əziyyət çəkəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Rusiyanın Rusiyanın "taxıl sazişi"ndən geri çəkilməsinin siyasi tərəflərini izah edərkən deyib.
Deputat hesab edir ki, bu problem dünyanı düşündürən əsas məsələlərdən biri olmalıdır:
“Ukrayna-Rusiya müharibəsi dayanmalıdır. Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır. Dünya bu problemin həll edilməsinə, ilk növbədə siyasi və diplomatik yolla həllinə çalışmalıdır. Bu olarsa, artıq yeni “taxıl saziş”lərinə ehtiyac qalmayacaq”.
Aydın Mirzəzadə vurğulayıb ki, Rusiyanın “taxıl saziş”inin vaxtını uzatmaması xoşagəlməz haldır:
“Rusiya və Ukrayna dünyanı taxılla təmin edən əsas ölkələrdən biridir. Xüsusi ilə bu gün hərbi əməliyyatların getdiyi Ukraynanın cənub zonasındakı taxıl dünyada ərzaq problemini həll edən əsas faktorlardan biridir. Buna ancaq təəssüf etmək olar. Hərbi əməliyyatlar dayandırılmalıdır, Rusiya-Ukrayna öz aralarında razılığa gəlməlidirlər, böyük dövlətlər problemi həll etmək üçün ciddi cəhdlərə başlamalıdır. Dünyanı çörəklə, taxılla sınağa çəkmək olmaz”.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay