Əlvida, "Lukoyl" - Bolqarıstan Burqas dəniz limanına nəzarəti ruslardan ala bilər
Bolqarıstan parlamenti Rusiyanın “Lukoyl” şirkətinin Burqas yaxınlığındakı Rosenets limanında konsessiyasına xitam verilməsini təklif edib.
Valyuta.az “Bolqarıstan Radiosu”na istinadla xəbər verir ki, bunu keçmiş baş nazir Kiril Petkov deyib.
“Biz “Lukoyl”un Rosenets limanındakı konsessiyasına xitam vermək təklifi ilə çıxış edirik. Bu limana nəzarətlə bağlı həmişə şübhələr olub. Bizim məqsədimiz Şengenə qoşulmaqdır və bu, həmin istiqamətdə böyük və aydın addımdır”, - Petkov bildirib.
Onun sözlərinə görə, Nəqliyyat Nazirliyi limanı idarə edə biləcəyini bildirib.
"Beləliklə, xəzinəyə yeni gəlirlər daxil olacaq", - Petkov deyib.
Bolqarıstanlı deputatlar onu da qeyd edirlər ki, Rusiya Bolqarıstanı düşmən ölkə elan edib.
“Biz Moskvanın Bolqarıstanın infrastrukturundan maliyyə məqsədləri üçün istifadə imkanlarını məhdudlaşdırmaq məqsədiylə tədbirlər görürük”, - deyə bolqar deputat Atanas Atanasov əlavə edib.
Rosenets liman terminalı Burqas körfəzinin cənub sahilində yerləşir. Neft-kimya xammalının və əmtəə məhsullarının qəbulu, saxlanması və daşınması üçün nəzərdə tutulub.
2011-ci ildə Bolqarıstan və "Lukoyl" arasında Rosenets liman terminalının bir hissəsinin konsessiyasına dair müqavilə imzalanıb, 2022-ci ildə Bolqarıstanın müvəqqəti hökuməti konsessiya müddətini 24 il müddətinə uzadıb.
Daha əvvəl "Reuters" yazıb ki, Bolqarıstan Rusiyanın “Lukoyl” şirkətinə məxsus Neftoçim Burqas neft emalı zavodunu bir ilə qədər müddətə idarə etməyə hazırlaşır.
Bundan əlavə, bu ilin fevralında Bolqarıstan Rusiyanın "Lukoyl" şirkətinin törəmə şirkətini rəqabəti pozduğuna görə cərimələyib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay