Aclıqdan əziyyət çəkən ölkələrə nə qədər Ukrayna taxılı tədarük olunub?
Taxıl müqaviləsi çərçivəsində Ukraynadan 33 milyon ton taxıl ixrac edilib, yalnız 725 min ton aclıqdan əziyyət çəkən ölkələrə gedib.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti yazıb.
“Qara Dəniz Taxıl Təşəbbüsü mindən çox gəmi ilə dünyanın 45 ölkəsinə 33 milyon tona yaxın taxıl və ərzaq məhsullarını təhlükəsiz ixrac etməyə imkan verdi”, - deyə məlumatda bildirilir.
Eyni zamanda, Ukraynadan ixrac edilən taxılın 725 min tonu və ya ümumi həcminin cəmi 2,2%-nin dünyanın aclıqdan əziyyət çəkən ölkələrinə - Əfqanıstan, Efiopiya, Keniya, Somali, Sudan və Yəmənə Ümumdünya Ərzaq Proqramının köməyi ilə göndərildiyi rəsmən etiraf olunur.
Dünən Ankara Kiyevdən Rusiya Federasiyasının iştirakı olmadan taxıl sazişinin davam etdirilməsi təklifi ilə bağlı müraciət alıb və məsələni BMT ilə razılaşdırır.
Vurğulanır ki, iyulun 17-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacağını bəyan edib, müzakirələrdən sonra taxıl sazişi ilə bağlı qərar qəbul oluna bilər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay