Məhkəmə qərar verdi. “Medvedçukun borusu” dövlət mülkiyyətinə qaytarıldı
Jitomir vilayətinin iqtisadi məhkəməsi Dövlət Əmlak Fondunun Samara-Qərb magistral neft məhsulları boru kəmərinin (Medvedçuk borusu) Ukrayna ərazisində yerləşən hissəsinə dövlət mülkiyyətinin tanınması ilə bağlı iddiasını təmin edib.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Əmlak Fondunun 12 iyul tarixli məlumatında deyilir.
Məhkəmə qərarını iyunun sonunda verib.
Neft kəməri sovet dövründə 1957-1968-ci illərdə çəkilib. Müstəqillik elan edildikdən sonra o, Ukraynanın dövlət mülkiyyətinə keçməli olsa da, Rusiyanın Transnefteprodukt şirkəti bu aktivdən uzun illər istifadə edib.
Kəmərin dövlət mülkiyyətinə qaytarılması ilə bağlı məhkəmə prosesləri 2011-ci ildən davam edir.
Birincisi, Rovno vilayətinin İqtisadiyyat Məhkəməsi neft kəmərinin Ukrayna hissəsinə Ukraynanın sahibliyini tanıyıb. 2017-ci ildə məhkəmə qərarını dəyişib və Transnefteprodukt törəmə şirkətinin sahib olduğunu açıqlayıb.
2017-ci ildə Milli Antikorrupsiya Bürosu (NABU) və Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşdırılmış Prokurorluq (SAP) mülkiyyətin ötürülməsi halları ilə bağlı araşdırmaya başlayıb. NABU-nun məlumatına görə, yeni məhkəmə qərarı mühəndis-texniki ekspertizanın bilərəkdən yalançı rəyinə əsaslanıb. İstintaq çərçivəsində onlar aktivin üzərinə həbs qoyulması üçün məhkəməyə müraciət ediblər.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay