Polşanın 10 ildən sonra 2 milyon miqrant işçi qüvvəsinə ehtiyacı olacaq
Polşa Sosial Təminat Qurumunun (ZUS) dərc etdiyi hesabat, əmək qabiliyyətli əhalinin pensiyaçılara nisbətini qorumaq üçün ölkənin 10 il ərzində təxminən 2 milyon immiqrant işçi qüvvəsinə ehtiyacı olduğunu göstərir.
Valyuta.az xəbər verir ki, son illərdə Polşada sığorta sistemində qeydiyyatdan keçən xarici mühacirlərin sayında əhəmiyyətli artım müşahidə olunub. Məlumata görə, sistemdə qeydiyyatda olan əcnəbilərin sayı 2009-2014-cü illərdə 59 min 300 nəfər artdığı halda, 2015-2022-ci illərdə bu artım 938 min 900 nəfər olub.
Hesabatda çalışan insanların sayının artırılması üçün 1,8 milyon immiqrantın lazım olduğu, lakin Polşanın Avropada doğum nisbəti ən aşağı olan ölkələrdən biri olduğu üçün bu rəqəmin belə gələcəkdə kifayət etməyəcəyi bildirilir.
Bundan əlavə, 2022-ci ildə iqtisadi cəhətdən qeyri-məhsuldar əhalinin ümumi əhali sayına nisbəti 39 faiz olduğu halda, 2032-ci ildə bu nisbətin 44,1 faizə yüksələcəyi qeyd edilib.
Hesabatda, 39 faizlik nisbətin qorunub saxlanılması üçün ölkəyə daxil olan xarici işçi qüvvəsinin sayının hər il 200 min ilə 400 min arasında olması lazım olduğu bildirilib və bu hədəfin praktikada “real olmadığı” qeyd edilib.
2015-ci ildən bəri görünməmiş immiqrasiya səviyyəsinə çatan Polşa Avropa İttifaqında (Aİ) ən yüksək immiqrasiyaya malik ölkələr sırasındadır.
Hesabatda sosial sığorta sistemində qeydiyyatda olan işçilərin sayının 2020-ci ildə 74 min, 2021-ci ildə 150 min, 2022-ci ildə 188 min nəfər olduğu və son illərdə rekord səviyyədə artdığı qeyd edilib.
2022-ci ilin dekabr ayı etibarilə sığorta sistemində qeydiyyatda olan 1 milyondan çox əcnəbi olan ölkədə, immiqrantların 745980 nəfəri ukraynalılar, 277942 nəfəri Avropa İttifaqı üzvü olmayan ölkələrdən, 39339 nəfəri Avropa İttifaqı üzvü ölkələrdəndir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay