Energetika
12.07.2023 / 10:59
Aİ-92 markalı benzinin birja qiyməti tarixi maksimumunu yenilədi
30246
Rusiyanın Avropa hissəsində Requlyar-92 (AI-92) markalı benzinin qiyməti ardıcıl dördüncü ticarət günüdür ki, tarixi maksimumunu yeniləyir.
Valyuta.az xəbər verir ki, çərşənbə axşamı keçirilən hərracda, Sankt-Peterburq Beynəlxalq Xammal Birjasının məlumatına görə, Aİ-92-nin bir tonunun dəyəri 59,551 min rubla (1113 azn) çatıb.
Aİ-92-nin qiyməti gün ərzində 0,4% bahalaşıb. Bir gün əvvəl maksimuma çatıb - ton başına 59,198 min rubl.
Aİ-95 markalı benzinin qiyməti 0,2% artaraq bir ton üçün 66,096 min rubl, yay dizel yanacağının qiyməti 0,4% artaraq 52 min rubl, mazutun qiyməti 5,7% artaraq 19,5 min rubl təşkil edib.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay