ABŞ-də sakinlər avtonom taksilərin başına “oyun açırlar” - SƏBƏB
San-Fransiskoda sürücüsüz taksilərin fəaliyyətindən narhat olan insanlar narazılığını bildirməyə başlayıb.
Valyuta.az xarici KİV-ə istinadən xəbər verir ki, son illərdə avtonom avtomobil texnologiyalarını inkişaf etdirən şirkətlərin sayı xeyli artıb. Onlardan biri, gələcəkdə tam sürücüsüz robot taksi xidməti təqdim etməyi planlaşdıran ABŞ-nin “Cruise” şirkəti San-Fransiskoda avtomobilləri istifadəyə verib. San-Fransisko əhalisi şəhər küçələrində getdikcə artan sürücüsüz taksilərdən narahat olmağa başlayıb. Vətəndaşlar yolda çoxlu sayda pilotsuz maşınların olmasına görə təhlükəsizliklə bağlı narahatlıqlarını dilə gətirirlər.
“Safe Street Rebels” adlı qrupun “çətiri altında” birləşən vətəndaşlar sürücüsüz taksiləri dayandırmağın yolunu tapıblar. Vətəndaşlar taksilərin ön hissəsinə konus formalı yol işarələri yerləşdirirlər. Nəticədə yolu düzgün “görməyən” taksilər hərəkət edə bilmir. Şəhər sakinləri bu maşınları insanlar üçün təhlükəli hesab edirlər. Bundan əlavə, avtonom taksilərin paytaxt küçələrində sıxlığı artırması ilə bağlı şikayətlər çoxalmağa başlayıb. Robot taksi operatorları “Waymo” və “Cruise” isə polisdən etirazçılara müdaxilə etməyi və onların qanunsuz küçə etirazlarını dayandırmalarını xahiş ediblər.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay