Bank
10.07.2023 / 13:46
Baş direktor: Kredit faizlərinin birrəqəmli olmasını ən çox Mərkəzi Bank istəyir
30172
Bankların kredit faizlərinin birrəqəmli olmasını ən çox Mərkəzi Bank istəyir.
"APA-Economics" xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Ziya Əliyev deyib.
“Mərkəzi Bankın iştirak etdiyi tədbirlərdə ən çox soruşulan məsələ kredit faizləridir. Bilirik ki, qiymətin formalaşması üçün tələb və təklif amilləri rol oynayır. Faiz isə pulun qiymətidir. Pulun qiymətinin formalaşmasında daha mürəkkəb amillər iştirak edir. Mərkəzi Bank bu bazarda tənzimləyicidir. Biz tənzimləmə çərçivələrini inkişaf etdiririk. Nəzarət tədbirlərini gücləndirir ki, həmin çərçivələrə riayət olunsun. Amma Mərkəzi Bank tələb və təklif amillərini müəyyən etmir”- Ziya Əliyev əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay