Dünya
07.07.2023 / 20:30
Qanunları pozan məşhur şirkət bir milyard dollara yaxın cərimələndi
30112
Çin hakimiyyəti ölkənin tanınmış internet şirkətlərindən olan "Ant Group"u cərimələyib.
Valyuta.az "Reuters"ə istinadən xəbər verir ki, ölkə rəhbərliyi sözügedən şirkəti istehlakçıların hüquqlarının müdafiəsi və korporativ idarəetmə ilə bağlı qanunları pozduğuna görə 7,12 milyard yuan (984 milyon dollar) məbləğində cərimələdiyini açıqlayıb.
Bu cəza ilə şirkətinin illərlə davam edən tənzimləmə işilərini başa çatdıracağı bildirilir.
2020-ci ilin sonunda 37 milyard dollarlıq IPO-nun uğursuzluğa düçar olmasından sonra "Ant Group"da yenidənqurma işlərinə rəhbərlik edən Çin Xalq Bankı (PBOC), internet saytında dərc edilən açıqlamasında cəzanı təsdiqləyib.
Elmir
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay