BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
30093

İyun ayında Ukraynanın beynəlxalq ehtiyatları demək olar, 39 milyard dollara yüksəlib ki, bu da Ukraynanın müstəqillik tarixində ən yüksək göstəricidir.

Valyuta.az xəbər verir ki, Milli Bankın (UMB) mətbuat xidmətinin məlumatına görə, iyulun 1-nə Ukraynanın beynəlxalq ehtiyatları ilkin məlumatlara görə, demək olar ki, 39 milyard dollar (38 999,5 milyon) təşkil edib.

"İyun ayında onlar 4,5% artıb və Ukraynanın müstəqillik tarixində rekord göstəricini yeniləyib. Bu nəticəyə qədər maksimum səviyyə 2011-ci il mayın 1-də qeydə alınıb - 38,352 milyard dollar", - UMB-dən bildirilib.

Qeyd olunur ki, iyun ayı ərzində beynəlxalq ehtiyatlar beynəlxalq tərəfdaşlardan sabit və ritmik daxilolmalar hesabına artmaqda davam edib ki, bu da hətta Milli Bankın xalis valyuta satışını və ölkənin xarici valyutada borc ödənişlərini üstələyib. 

Ümumiyyətlə, son bir ayda beynəlxalq ehtiyatların dinamikası bir sıra amillərlə müəyyən edilib. Bunlar, xüsusən, hökumətin xeyrinə daxilolmalar və dövlət borcuna xidmət və ödənişlərdir: Hökumətin Milli Bankdakı valyuta hesablarına 4,286 milyard ABŞ dolları daxil olub. Xarici valyutada dövlət borcuna xidmət göstərilməsi və ödənilməsi üçün hökumət 704,7 milyon dollar ödəyib. Bundan başqa, Ukrayna Beynəlxalq Valyuta Fonduna 171,7 milyon dollar ödəyib. 

Həmçinin, ehtiyatların dinamikasına Ukraynanın valyuta bazarında tənzimləyicinin əməliyyatları təsir göstərib - iyunda Milli Bank valyuta bazarında 1,863 milyard dollar satıb və ehtiyatlara 49,6 milyon dollar alıb. 

"Beynəlxalq tərəfdaşlardan daxilolmalar, Ukraynanın valyuta bazarında tələb və təklif arasındakı fərqi ödəmək üçün həyata keçirilən xarici valyuta satışı üzrə UMB müdaxilələrinin həcmindən nəzərəçarpacaq dərəcədə böyük qalmaqda davam edib", - hesabatda deyilir.

Milli Bank onu da qeyd edib ki, beynəlxalq ehtiyatların hazırkı həcmi gələcək idxalın 5,2 aylıq maliyyələşdirilməsini təmin edir.

Nicat
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BUTAMED MEDİKAL" məhkəmə qarşısında

Vaxtı ölçmək üçün yeni üsul tapıldı - Başlanğıc nöqtəsi tələb etmir

Valyuta tənzimi qaydalarını pozan şirkət cərimələndi

Elm və Təhsil Nazirliyi 10 milyona yanğından mühafizə sistemi quraşdırır

"İçərişəhər" Muzey Mərkəzi 8000 manat cərimələnə bilər

BMW 2000-ci illərin simvolik idman avtomobilini yenidən istehsal etdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

"Xiaomi" öz prosessorunu buraxacaq - Yeni ildən yeni smartfonlar

"HP" və "Dell"in maliyyə hesabatları gözləntiləri doğrultmadı

"CHINA CAR"a protokol yazıldı

"Volkswagen" Çindəki zavodunu satışa çıxarır

Avropa müharibə başlayandan ən soyuq qışı yaşayır - Böhran gözlənilir

Qəhvə birjasında qiymətlər son 50 ilin maksimumuna çatıb

Xatirə kitabı Merkelə milyonlarla avro qazandıracaq

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

Amerika hava yolları əlavə xidmətlərdən milyardlar qazanır

Xaricdən mebel alışında 26 milyon dollarlıq artım - Rəqəmlər

"Yelo Bank"ın əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır

Nigahla bağlı tibbi müayinə üçün 430 min manatlıq reaktiv alınacaq

Məşhur estetik mərkəz cərimələnə bilər

Trampın kriptovalyuta tənzimləməsi ilə bağlı DETALLAR

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

AYNA mebel və jalüz almaq üçün 350 min manat ayırıb

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Növbəti bələdiyyə seçkilərinin vaxtı açıqlandı

"Bakı Metropoliteni" 90 min manatlıq gül alır

"Playstation" klub açmaq üçün nə lazımdır?

Rektor işdən çıxarıldı (SƏRƏNCAM)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin