Quşların da boşana bildiyi müəyyənləşib
Alimlər erkək quşların davranışının və uzaq məsafələrə köçlərinin onların "həyat yoldaşlarından" boşanmalarına səbəb olduğunu müəyyən ediblər.
Valyuta.az xəbər verir ki, alimlər quşlar arasındakı əlaqə ilə bağlı qeyri-adi bir araşdırma aparıb. Tədqiqatçılar belə nəticəyə gəliblər ki, monoqam (təknikahlı) quşlar insanlarınkına bənzər səbəblərə görə "həyat yoldaşlarını" dəyişirlər. Quş növlərinin 90 faizindən çoxunun "təkarvadlı" olduğu irəli sürülür.
Bununla belə, bəzi quşlar, ilk həyat yoldaşı hələ sağ olsa da, növbəti nəsilartırma mövsümü üçün başqa bir "xanımla" birləşə bilər. Buna alimlər “boşanma” adı veriblər. Bəzi tədqiqatlar bu cür fərqliliklərlə əlaqəli mümkün amilləri araşdırsa da, ekspertlər onların ayrı-ayrı növlərə və ya növ qruplarına diqqət yetirdiklərini bildirirlər. Quşların "boşanmasında" iki əsas amilin olduğu aşkar edilib. Bunlar kişilərin təsadüfi cinsi əlaqəsi və uzun məsafəli miqrasiyası olduğu bildirilir.
“The Guardian” xəbər verir ki, “Proceedings of the Royal Society B” jurnalında Çin və Almaniyadan olan tədqiqatçıların 232 quş növü üçün miqrasiya məsafələri, ölüm və boşanma nisbətləri ilə bağlı məlumatları təhlil etdikləri yazılıb. Nəticələr kifayət qədər yüksək boşanma nisbətlərinə malik növlərin bir-biri ilə sıx əlaqəli olduğunu göstərib. Həmçinin qeyd olunub ki, ölüm nisbətləri və miqrasiya məsafəsi də boşanmalara təsir göstərə bilər.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay