“Mərkəzi Bankın əsas məqsədi gəlir götürmək yox, infilyasiyanın qarşısını almaqdır” - Əkrəm Həsənov
“Gəlir götürmək Mərkəzi Bankın məqsədi deyil. Kommersiya təşkilatlarının əsas məqsədi gəlir götürməkdir. Mərkəzi Bank kommersiya təşkilatı deyil”.
Bu sözləri Valyuta.az-a bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Mərkəzi Bankın dünən açıqladığı statistik göstəriciləri şərh edərkən deyib.
Əkrəm Həsənov bildirib ki, Mərkəzi Bankın əsas məqsədi qiymətlərin sabitliyi, yəni inflyasiya ilə mübarizədir:
"Məsələn, Beynəlxalq Bank dövlət bankı olsa da, kommersiya bankıdır və ya Dövlət Neft Şirkəti kommersiya hüquqi şəxsdir, “Azərişıq”, “Azərenerji”, “Azərbaycan Dəmir Yolları” və s. kommersiya şirkətləridir. Bu şirkətlər gəlir götürür və gəlirlərindən dövlət büdcəsinə köçürmələr edir”.
İqtisadçının sözlərinə görə, Mərkəzi Bank yeni gəlir götürmək istəsə, nə qədər istəsə pul çap edə bilər:
"Mərkəzi Bank pulu buraxan qurumdur. İstədiyi qədər buraxa bilər. Amma çox buraxsa, nə baş verəcək? İnflyasiya, qiymət artımı... Ona görə Mərkəzi Bankın gəliri ya valyuta əməliyyatlarından, yəni dollar satışından, ya da banklara verdiyi kreditlərdən formalaşır. Amma o banklara həddən artıq çox kredit versə, ölkədə pul kütləsi çox ola və bu da qiymət artımına apara bilər”.
“Mərkəzi Bank banklara çox kredit verib, ordan faiz qazanmaq, gəlir götürmək, yaxud çoxlu valyuta əməliyyatı aparmaq ardınca qaçmamalıdır. Yəni Mərkəzi Bankın elə məqsədi yoxdur. O, öz fəaliyyətində bu məqsəd üçün qurmur”, deyə iqtisadçı əlavə edib.
Əkrəm Həsənov əlavə edib ki, Mərkəzi Bank hazırda infilyasiya ilə mübarizə aparır:
“Buna görə də uçot dərəcəsini - banklara verdiyi kreditin faiz dərəcəsi artırır ki, az kredit götürsünlər. Yəni özü istəyir ki, az kredit versin, az qazansın, amma qiymət artımının qarşısını alsın. Mərkəzi Bank əksinə banklardan depozit qəbul edir, onlara faiz verir ki, dövriyyədə pul kütləsi azalsın”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ili 63 milyard 955 milyon manat xalis zərərlə başa vurub. 2022-ci ildə AMB-nin faiz gəlirləri əvvəlki illə müqayisə 68,4 faiz artaraq, 221,02 milyon manat təşkil edib. Faiz xərcləri isə ötən il 167,928 milyon manat olub ki, bu da 2021-ci ilə nisbətən 0,9 faiz çox olub.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay