BMT dünyada aclıq təhlükəsinin artacağını proqnozlaşdırdı
Birləşmiş Millətlər Təşkilatının Ali Komissarlığının (OHCHR) rəhbəri Volker Türk iqlim dəyişikliyi səbəbindən gələcəkdə daha çox insanın aclıq riski ilə üzləşəcəyini proqnozlaşdırıb.
Valyuta.az xəbər verir ki, “France 24” telekanalının məlumatına görə, Türk təbii fəlakətlərin tarlaları, heyvanları və ekosistemləri məhv etdiyinə diqqət çəkib. Bu da bəzi vətəndaşların ümidsiz vəziyyətdə qalmasına gətirib çıxarır.
Beynəlxalq təşkilatın nümayəndəsi əlavə edib ki, qlobal istiləşmə səbəbindən aclıq təhlükəsi ilə üzləşən insanların sayı bu əsrin ortalarına qədər 80 milyon nəfər arta bilər.
Ali Komissar dünya liderlərini iqlim böhranı ilə məşğul olarkən yalnız yaxın gələcək haqqında düşünmələrini tənqid edib. O, hökumətləri vacib qərarları təxirə salmağı dayandırmağa və mədən yanacaqlardan uzaqlaşmağa çağırıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay