2 nəfər yoluxdu, 20 aktiv xəstə qaldı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Valyuta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.
Azərbaycanda indiyədək ümumilikdə 831 944 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 642 nəfər müalicə olunaraq sağalıb, 10 282 nəfər vəfat edib, aktiv xəstə sayı 20 nəfərdir.
Ölkədə son sutka ərzində 329, hazırkı dövrədək isə 7 643 540 test aparılıb.
Gün ərzində koronavirus əleyhinə vaksin vurulmayıb. Vurulan vaksinlərin ümumi sayı 13 966 983, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 124, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 095, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 475, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 289 nəfər təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay