
25.06.2023 / 10:48
ARDNF depozit qoyuluşunu kəskin artırıb
29767
Bu il yanvarın 1-nə Dövlət Neft Fondunun (ARDNF) müddətli depozit qoyuluşu 1 820,089 milyon manat təşkil edib.
Valyuta.az-ın məlumatına görə, bu barədə Fondun 2022-ci il üzrə maliyyə (audit) hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 156,1 dəfə çoxdur.
Xatırladaq ki, ötən il ARDNF Türkiyə Mərkəzi Bankında 1 milyard avro depozit yerləşdirib.
2022-ci ilin sonuna ARDNF-in müddətli depozit qoyuluşu onun aktivlərinin 2,2 %-ni təşkil edib. Bu nisbət 2021-ci iilin sonuna yox dərəcəsində olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay