Dünyada diabet xəstələrinin sayı sürətlə artır - 2050-ci ildə 1,3 milyard insan...
2050-ci ilə qədər dünya miqyasında diabet xəstələrinin sayı 1,3 milyardı keçə bilər.
Valyuta.az xəbər verir ki, bu barədə Vaşinqton Universitetinin Sağlamlıq Ölçmə və Qiymətləndirmə İnstitutunun araşdırmasının nəticələri barədə "The Lancet" tibb jurnalında dərc olunan məqalədə deyilir.
Bildirilir ki, sürətlə artan piylənmə və geniş yayılmış sağlamlıq bərabərsizliyi səbəbindən dünyada diabetli insanların sayı iki dəfədən çox artıb. 2021-ci ilin məlumatlarına görə, dünyada 529 milyon diabet xəstəsi var. 2010-cu ildə 326 milyon olan bu rəqəmin 2050-ci ildə 1,3 milyardı keçəcəyi gözlənilir. Yaxın 30 ildə heç bir ölkədə şəkərli diabetin səviyyəsinin aşağı düşəcəyi gözlənilmir.
Birləşmiş Millətlər Təşkilatı 2050-ci ilə qədər dünya əhalisinin təxminən 9,8 milyard nəfər olacağını proqnozlaşdırır. Bu onu göstərir ki, o vaxta qədər hər 7-8 nəfərdən biri şəkərli diabetlə yaşayacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay