Pekində temperatur rekordu qırıldı - XƏBƏRDARLIQ
Çinin paytaxtı Pekində havanın temperaturu 41 dərəcədən yuxarı qalxaraq, iyun ayında indiyə qədərki ən yüksək temperatur rekordunu müəyyənləşdirib.
Poliqon "The Beijing News"a istinadən xəbər verir ki, bu ayda əvvəlki ən yüksək temperatur 1961-ci il iyunun 10-da 40,6 dərəcə olmuşdu.
Pekin Bələdiyyə Meteoroloji Rəsədxanası şəhərdə isti hava xəbərdarlığını sistemdəki ən yüksək səviyyə olan qırmızıya yüksəldib. Yaxın 10 gün ərzində temperaturun yüksək olacağı gözlənildiyi üçün insanlara açıq yerlərdən uzaq durmaq, uşaqlar və qocalara ehtiyat tədbirləri görmələri tövsiyə olunur.
Digər tərəfdən, dünən Hebey və Şandun əyalətləri, həmçinin Tianjin şəhəri üçün qırmızı xəbərdarlıq edilib. Alimlər qeyd edirlər ki, təhlükəli və rekord qıran isti dalğaları iqlim böhranı gücləndikcə daha tez-tez və şiddətli olacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay