Estoniya XİN: Aİ-nin Rusiyaya qarşı 11-ci sanksiyalar paketi qüvvəyə mindi
İyunun 21-də Avropa İttifaqının qəbul etdiyi növbəti, 11-ci anti-Rusiya sanksiyaları paketi qüvvəyə minib.
Valyuta.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Departamentin rəhbəri Marqus Çakxna əmin edib ki, ölkəsi Aİ müttəfiqləri ilə birlikdə sanksiyaların “mümkün qədər güclü və təsirli olması” üçün fəaliyyətini davam etdirəcək. Nazirin sözlərinə görə, 11-ci paket Rusiyanın indiyədək tətbiq etdiyi sanksiyalardan yayınmalara mane olmalıdır.
Xüsusilə, paketə sanksiyalara məruz qalan malların Rusiya ərazisinə daxil olduğu üçüncü ölkələrə malların ixracına qadağanın genişləndirilməsi imkanları daxildir. Bundan əlavə, Rusiyada qeydiyyatdan keçmiş qoşquların Aİ-yə yük daşıması, neft embarqosu və qiymət tavanı qaydalarını pozan gəmilərin Aİ limanlarına daxil olması qadağandır. Estoniyanın təklifi ilə Finlandiya körfəzinin limanlarına giriş qadağası limanların yurisdiksiyasından kənarda yerləşən lövbərlərə də şamil edilir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay