"Eni" "British Neptune Energy"ni satın aldı - 5 milyardlıq anlaşma
İtaliyanın "Eni" enerji şirkəti "Neptune Energy"ni (Britaniya) 4,9 milyard dollara alıb.
Valyuta.az xəbər verir ki, bu barədə şirkətlər bu gün açıqlama yayıb.
Müqaviləyə həmçinin 63%-i "Eni" şirkətinə məxsus olan Norveç neft-qaz şirkəti "Var Energi" də daxildir. Anlaşma 2024-cü ilin birinci rübündə tamamlana bilər, lakin tənzimləyicilərin təsdiqinə tabedir.
Belə birləşmənin mümkünlüyü bir neçə aydır müzakirə olunurdu. "Neptune Energy"nin Avropa, Şimali Amerika, İndoneziya, Əlcəzair və Avstraliyada yataqları və aktivləri var. Müqavilənin şərtlərinə görə, şirkətin əsas hissəsi 2,6 milyard dollar qarşılığında birbaşa "Eni"yə keçəcək. Eyni zamanda Norveç bölməsi üçün 2,3 milyard dollar ödənəcək və "Var Energi"nin nəzarətinə keçəcək, Almaniya bölməsi isə ayrılacaq və sövdələşməyə daxil edilməyəcək.
"Eni" qeyd edir ki, "Neptune Energy"nin alınması 2030-cu ilə qədər qaz hasilatını 60% artırmaq planını yerinə yetirməyə kömək edəcək.
May ayında ABŞ-ın enerji şirkəti "Chevron" neft-qaz şirkəti "PDC Energy"ni 7,6 milyard dollara satın alıb. Mütəxəssislər neft-qaz şirkətlərinin ötən il rekord gəlir əldə etməsindən sonra enerji sektorunda başqa birləşmə və satınalmaların ola biləcəyini deyirlər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay