Rumıniya enerji şirkətlərinin gəlirlərinin bir hissəsini Ukraynaya verəcək
Rumıniya enerji şirkətlərinin gəlirlərinin bir hissəsini Ukraynanın enerji infrastrukturunun bərpasına yönəltmək imkanını nəzərdən keçirir.
Valyuta.az xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi Londonda Ukraynanın bərpası üzrə konfrans çərçivəsində nazir Herman Qaluşenkonun Rumıniyanın xarici işlər naziri Luminika Odobesku ilə görüşünün yekunlarına dair məlumatda //t.me/energyofukraine/571 deyilir.
“Tərəflər regionda enerji təhlükəsizliyinin gücləndirilməsi üzrə tədbirləri, həmçinin Rusiyanın hücumları nəticəsində dağılmış infrastruktur obyektlərinin və Ukraynanın enerji sektorunun bərpasında yardımı müzakirə ediblər.
İclasda nazirlər Ukraynanın Energetika Nazirliyinin xarici tərəfdaşlara Rusiyanın Ukraynada başlatdığı müharibə nəticəsində enerji şirkətlərinin əldə etdikləri əlavə gəlirləri bölüşdürmək barədə müraciətinə xüsusi diqqət yetiriblər.
Qeyd olunur ki, Rumıniyanın energetika naziri Virgil Daniel Popesku bu təşəbbüsü nəzərdən keçirməyə hazır olduğunu bəyan edib.
Londonda keçirilən görüşdə Qaluşenko və Odobesku müvafiq planların həyata keçirilməsi yollarını və istiqamətlərini müzakirə ediblər.
Energetika Nazirliyi xatırladıb ki, Ukraynanın bərpası üçün izafi mənfəətin 10%-nin və ya 12 milyon avronun ayrılması ilə bağlı ilk qərarı baş ofisi Vilnüsdə (Litva) yerləşən Beynəlxalq Enerji Şirkəti Ignitis Group verib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay