Yeni təhlükəli virus yayıldı xəbərdarlıq - 400-dən çox yoluxan var
Tailandda turistlərə yeni təhlükəli virusun - çikunqunyanın yayılması ilə bağlı xəbərdarlıq edilib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Asiyanın məşhur kurort ölkəsinin səhiyyə işçilərinə istinadən iyunun ilk həftəsində 485 çikunqunyaya yoluxma faktı olduğunu bildirib. Bu, 127 hadisənin qeydə alındığı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 282 faiz çoxdur.
Məlumata görə, çikunqunyanın ən çox görülən simptomu, tez-tez ağrı ilə müşayiət olunan qəfil qızdırmadır. Xəstəliyin digər əlamətlərinə əzələ və baş ağrıları, ürəkbulanma, yorğunluq və səpgi daxildir. Qeyd edilir ki, oynaqlar aylarla, hətta illərlə ağrıya bilər. Ciddi ağırlaşmalar nadirdir, lakin xəstəlik yaşlı insanlar üçün xüsusilə təhlükəlidir.
Ümumdünya Səhiyyə Təşkilatının xəbərinə görə, virus insanlara ağcaqanad dişləməsi ilə keçir. İlk dəfə 1952-ci ildə Tanzaniyanın cənubunda rast gəlinib və indi Asiya, Afrika, Avropanın 40-a yaxın ölkəsində təsbit edilib. Ən son Amerikada ortaya çıxıb.
Əlamətlər adətən ağcaqanad dişləməsindən dörd-səkkiz gün sonra görünür.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay