Afrika iki yerə bölünə bilər - Alimlər xəbərdarlıq etdilər
Şərqi Afrika Yarığı təxminən 35 milyon il əvvəl Ərəbistan yarımadası ilə Somali yarımadası arasında formalaşmağa başlayıb, cənuba doğru genişlənərək Keniyanın şimalına çatıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Gismeteo"nun xəbərində deyilir.
Şərqi Afrika Yarığı şərqdə Efiopiya və Keniya ərazilərindən, qərbdə isə Uqandadan Malaviyə qədər keçən yer qabığındakı çatlar qrupudur. Tədqiqatçıların fikrincə, bu qırılmaların mövcudluğu, vulkanik fəaliyyətin sahil zonalarının aşkarlanması ilə birləşərək, Afrikanın ildə təxminən 6,35 millimetr sürətlə bir neçə xətt üzrə tədricən “qırıldığını” göstərir.
Alimlər bildirirlər ki, Afrika iki yerə bölünsə, o zaman yeni qitələr arasında yeni dəniz və yeni tektonik plitə yarana bilər. Eyni zamanda, tədqiqatçılar etiraf edirlər ki, bu baş verməyə bilər, çünki geoloji qüvvələr Somali və Nubiya plitələrini ayırmaq üçün son dərəcə ləngdir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay