Dünya
21.06.2023 / 13:51
Britaniya Ukrayna iqtisadiyyatına 3 milyard dollar cəlb etməyə kömək edəcək - Sunak
29593
Böyük Britaniya Ukraynaya uzunmüddətli kredit zəmanətləri verəcək və bunun sayəsində 3 il ərzində 3 milyard dollar cəlb etmək mümkün olacaq.
Valyuta.az xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak Londonda başlayan Ukraynanın Yenidənqurulması Konfransı zamanı deyib.
"Mən fəxr edirəm ki, bu gün biz Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün çoxillik öhdəliyi elan edirik. 3 il ərzində biz 3 milyard dollara uzunmüddətli zəmanət verəcəyik", deyə o bildirib.
Sunak həmçinin yaşıl enerji və digər sənayelərin dəstəklənməsi üçün investisiyaların sürətləndirilməsinə kömək edəcək yeni "Böyük Britaniya - Ukrayna" texnoloji körpüsünün istifadəyə verildiyini elan edib.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay