BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9379
  • RUB
    2.1492
  • TRY
    0.0433
  • GBP
    2.3014
29557

Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilir ki, 2023-cü ilin yanvar-may ayları ərzində bu ölkədən Azərbaycana 189,18 milyon dollar dəyərində 12 916 ədəd avtomobil ixrac edilib. Bildirilib ki, 2022-ci illə müqayisədə Azərbaycana ixrac edilən avtomobillərin dəyəri bu il 92,55 milyon dollar və ya 95,7%, sayı isə 1 239 ədəd və ya 10,6% çoxalıb. 2022-ci ilin ilk beş ayı ərzində Gürcüstan Azərbaycana 96,63 mln. dollar dəyərində 11 677 ədəd avtomobil ixrac edib.

Cari il Gürcüstan ümumilikdə 1 mlrd. 15 mln. dollar dəyərində avtomobil ixrac edilib ki, Gürcüstanın avtomobil ixracında Azərbaycanın payı təxminən 18 faiz olub. 

Valyuta.az-a açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirib ki, qonşu ölkədən Azərbaycana ixrac edilən avtomobillərin sayındakı artım istismar müddəti 10 ildən yuxarı avtomobillərin həmin dövrə qədər sürətlə gətirilməsi öz təsirini göstərib: 

“Azərbaycanda verilən qərara əsasən, istismar müddəti 10 ildən çox olan avtomobillərin ölkəyə idxalı artıq dayandırılıb. Bu fonda qonşu ölkədən Azərbaycana ixrac edilən avtomobillərin sayında baş verən 10 faizlik artıma istismar müddəti 10 ildən yuxarı avtomobillərin həmin dövrə qədər sürətlə gətirilməsi təsir göstərib. 

Gürcüstanda avtomobil istehsal edilmir. Həmin ərazidən sadəcə tranzit yolu kimi istifadə olunur. Ora avtomobillər sadəcə xaricdən gətirilir. Gürcüstanda avtomobil sahəsi üzrə gömrük rəsmiləşdirilməsi çox sadədir. Ona görə də qonşu ölkə avtomobil ixracı sahəsində özlərini region olaraq mərkəz kimi gündəmə gətirə biliblər. Bunun nəticəsidir ki, Rusiyanın cənub regionu, Orta Asiya və Azərbaycan avtomobil idxalında Gürcüstan bazarına daha çox meyl edir”.

Ramiz

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

DSMF-də yeni təyinat

"Apple"dan Avstraliyaya xəbərdarlıq: "Avropanı nümunə götürməyin"

Qanunsuz reklamların yayımı ilə bağlı məlumat

Bazarda satılan hər şey əmtəə hesab olunur?

Sabit tarifi necə ödəyəcəyik?- Video

Sabit tarifi necə ödəyəcəyik?- Video

“Azadoğlu Group”un yarım milyon manat vergi borcu var

Azərbaycanda daha 55 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Ay kraterlərində trilyonlarla dollarlıq sərvət gizlənə bilər

Vergi borcu 80 mini ötən şirkət kimindir?

TŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdı®

“YouTube” ABŞ iqtisadiyyatına 55 milyard dollar qazandırıb

İcra hakimiyyətinin abadlıq işləri ilə bağlı tenderi baş tutmadı

"Atəşgah Sığorta" və "PAŞA Sığorta"dan şikayətlər artır

"2700 manat təklif edib, bizi binadan çıxarmaq istəyirlər" - Bakıda dövlət adından söküntü aparılır?

Dünyanın ən bahalı 5 brendi - ADLARI

MSK-ya məxsus “Chrysler” 3500 manata satılır

MSK-ya məxsus “Chrysler” 3500 manata satılır

Yaponiyada atalara 30 həftəlik məzuniyyət verilir - Bizdə bu hələ tənzimlənməyib

Rəşad Nəbiyev yeni vəzifəyə təyin edildi

İşıq və qaz pulunun ödənişində sabit tarifə keçid əlavə xərclər yaradacaq?

"Onlara normal maaş verilməsi üçün imkanlar var" -Deputat

Qeyri-iş günlərində qatarlar bu qrafiklə işləyəcək

"Liverpul" 150 milyona oyunçu ALDI

"Tesla" avtonom nəqliyyat qəzalarını ictimaiyyətdən niyə gizlətməyə çalışır?

Restoran və kafelərin taleyini həll edən "food cost" necə hesablanır?

Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi - FOTO

Bu rayonda uşaqlar üçün əyləncə mərkəzi inşa olunacaq

Onun şirniyyatları üçün növbəyə dururlar - Məşhur şirniyyatçının uğur hekayəsi

Onun şirniyyatları üçün növbəyə dururlar - Məşhur şirniyyatçının uğur hekayəsi

Tramp qorxusu "YouTube"u geri addım atmağa vadar edir

Magistraturaya ixtisas seçimi cədvəli açıqlandı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin