Özbəkistan Rusiyadan ildə 2,8 milyard dollarlıq qaz alacaq
Özbəkistan iki il ərzində Rusiya ilə illik ümumi həcmi təqribən 2,8 milyard dollar olan qaz alqı-satqısı üzrə razılığa gəlib.
Valyuta.az xəbər verir ki, bu barədə Özbəkistan Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“UzGasTrade” və “Qazprom Export” arasında iki il müddətinə qaz alqı-satqısı müqaviləsi bağlanıb”, deyə məlumatda bildirilir.
Mətbuat xidməti əlavə edib ki, sazişi Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller imzalayıblar.
"İllik həcm təqribən 2,8 milyard dollar təşkil edir", məlumatda deyilir.
İyunun 16-da Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya qazının Özbəkistana tədarükü haqqında saziş və respublikanın qaz nəqliyyat sisteminin qaz qəbuluna hazırlanması üzrə yol xəritəsi qəbul edilib.
“Tamamilə kommersiya şərtləri ilə hazırlanmış müqavilə respublika istehlakçılarının hər il artan təbii qaza olan tələbatının qismən ödənilməsinə yönəlmiş tədbirlərdən biridir. Bu il oktyabrın 1-dən saziş çərçivəsində sutkada 9 milyon kubmetr təbii qazın idxalına başlanılması planlaşdırılır”, deyə məlumatda bildirilir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay