Texno
17.06.2023 / 20:31
“Intel” Polşada çip istehsalına 4,6 milyard dollar investisiya qoyacaq
29452
“Intel” Polşanın Vroslav şəhəri yaxınlığında yarımkeçiricilərin istehsalına və sınaq qurğusunun inşasına 4,6 milyard dollar investisiya qoymağı planlaşdırır.
Valyuta.az “Reuters”ə istinadla xəbər verir ki, ABŞ şirkəti olan “Intel” Avropa Komissiyasının asanlaşdırdığı maliyyələşdirmə qaydalarından və subsidiyalardan faydalanmağa çalışır. “Intel”in Polşadakı obyektində 2000-dək işçinin çalışacağı, bir neçə min əlavə iş yerinin açılacağı bildirilir.
Polşanın Baş naziri Mateuş Moravetski “Intel”in tikəcəyi zavodu “Polşa tarixində ən böyük yaşıl sahə sərmayəsi” adlandırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay