BAKU Azərbaycan
21.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.1932
  • TRY
    0.0433
  • GBP
    2.2936
29407

Avropa İttifaqı (Aİ) Çinin "Huawei" və "ZTE" şirkətlərinə daxili telekommunikasiya şəbəkələrində qadağa qoyacaq.

Valyuta.az xəbər verir ki, Avropa İttifaqının Daxili Bazar və Sənaye Komissiyasının üzvü Tyerri Breton Brüsseldə keçirdiyi mətbuat konfransında kibertəhlükəsizlik və 5G şəbəkələri ilə bağlı açıqlamalar verib. 5G şəbəkə təhlükəsizliyinin Avropa üçün çox vacib olduğunu bildirən Breton, bunun enerji, nəqliyyat, səhiyyə, maliyyə və bütün əlaqəli sektorlar üçün kritik infrastruktur olduğunu izah edib.

Aİ-nin 2020-ci ilin əvvəlində 5G şəbəkələrinin təhlükəsizliyi ilə bağlı tədbirləri özündə əks etdirən “alətlər qutusu”nu yekdilliklə qəbul etdiklərini xatırladan Breton, üzv dövlətlərə və telekommunikasiya operatorlarına kəşfiyyat və məlumatlarla bağlı yüksək riskli təchizatçıların avadanlığının istifadəsini məhdudlaşdırılmasını və ya qadağasını tövsiyə edib. Bu tövsiyələrin son üç ildə əksər Aİ-na üzv dövlətlərinin qanunvericiliyinə daxil olduğuna diqqət çəkən Breton, "Üzv dövlətlər artıq təhlükəsizlik risk analizi əsasında 5G şəbəkə təchizatçılarını məhdudlaşdırmaq və ya xaric etmək qərarı verə bilərlər" - ifadələrini işədib.

Avropa İttifaqına daxil olan 10 ölkənin bu günə qədər yüksək riskli 5G şəbəkə texnologiyası satıcılarını məhdudlaşdırmaq və ya qadağa qoymaq səlahiyyətlərindən istifadə etdiyini bildirən Breton, "Bu, çox yavaşdır və böyük təhlükəsizlik riski yaradır" - deyib.

Aİ ölkələrinin bu gün 5G təhlükəsizlik alətlər qutusunun tətbiqinə dair ikinci hesabatı yekdilliklə qəbul etdiklərinə diqqət çəkən mütəxəssis, komissiyanın "Huawei"lə "ZTE"ni 5G şəbəkələrindən məhdudlaşdırmaq, yaxud tamamilə istisna etmək qərarının əsaslı və məqsədəuyğun olduğunu bildirib. Breton bildirib ki, 5G şəbəkələrində yüksək riskli təchizatçıların əvəz edilməsi prosesi sürətləndirilməlidir: "Komissiya "Huawei" və "ZTE"yə məruz qalmamaq üçün telekommunikasiya xidmətlərinin təqdimatında "5G alətlər qutusu" prinsipini tətbiq edəcək." Breton, silah kimi istifadə edilə bilən kritik asılılıqları qoruyub saxlaya bilməyəcəklərini vurğulayıb.

Son zamanlar bir çox ölkələr təhlükəsizlik baxımından Çin texnologiya şirkətlərinə qarşı müxtəlif tədbirlər görüb.

"Huawei" və "ZTE" kimi 5G texnologiyası üzrə ixtisaslaşmış şirkətlərə ABŞ, Avstraliya, Yaponiya, Hindistan və Kanadada şəbəkələrdə avadanlıq quraşdırmaq qadağan edilib. Böyük Britaniya 2027-ci ilə qədər "Huawei" tərəfindən quraşdırılmış avadanlıqların 5G şəbəkələrindən çıxarılmasını tələb edib.

Elmir
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İstanbuldan Gəncə və Naxçıvana yeni reys açıldı

BŞİH-dən adı heç yerdə olmayan şirkətə 50 milyonluq sifariş

Bu restoranlar cərimələndi

Naxçıvanda nazir müavini işdən çıxarıldı

Metro 3 ayda nə qədər qazanıb?

Bayram günlərində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkət cədvəli açıqlanıb

Neuralink" beyin çipi layihəsinə 650 milyon dollar investisiya aldı

Azərbaycanda hotellər 3 prinsip üzrə idarə olunur

Restoranların müştərilərdən 50-100 manatlıq depozit tələbi qanunidirmi?

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Prezident bu məhkəmələrə hakim təyin etdi - SİYAHI

Sumqayıtdakı bu zavodun 1,3 milyon manat vergi borcu üzə çıxdı

“İstənilən adamın telefonuna girə bilərdik” deyən hakerə hökm oxundu

Ən etibarsız ailə avtomobilləri: Alınması məsləhət görülməyən 3 model

Azərbaycanda 2035-ci ildən hidrogen istehsalına başlanacaq

Azərbaycan Türkmənistana 100 ton elektrod göndərib

Metroda gedişhaqqı ilə bağlı YENİLİK

Stiv Cobsun həyat yoldaşı "OpenAI"nin sirrli cihazına dəstək verir: "Apple"a rəqib gəlir?

Azərbaycanın bu ölkədə yeni səfirliyi açıldı

Bu saatlar təkcə zamanı yox, sərvəti də göstərir - Dünyanın ən bahalı 10 saatı

"Azercell"in yeni qaydası ciddi sosial narahatlıq doğurur - Ekspert

"Azercell"in yeni qaydası ciddi sosial narahatlıq doğurur - Ekspert

Çindən 2,21 manata alıb, Səudiyyə Ərəbistanına 38 manatdan satmışıq

600-dən çox bal toplayan şagirdlərə görə lider olan MƏKTƏBLƏR - SİYAHI

“AzSığorta”nın rəhbərliyində təyinat olub

Azərbaycanda bu ərazilərdə işıq və qaz qiymətlərinin 3 dəfə azaldılması təklif edilir

Azərbaycan saatlıq əməkhaqqına keçir: Layihə hökumətə təqdim edildi

"Ötən il 2000-ə yaxın müəllim ev üçün kredit götürüb"

"Ötən il 2000-ə yaxın müəllim ev üçün kredit götürüb"

Prezident yol təmirinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM

Bu şəxslərə 1600 manat verildi

Bakının mərkəzində söküntü: Sakinlər narazıdır - Nə qədər pul verilir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin