Dünya
16.06.2023 / 13:26
ABŞ Suriyaya əlavə 920 milyon dollar yardım edəcək
29385
ABŞ Suriyaya əlavə olaraq 920 milyon dollar humanitar yardım edəcəyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.
Açıqlamada yardımın bu gün başa çatan 7-ci Brüssel Konfransı çərçivəsində edildiyi, ABŞ-ın bu il Suriya və bölgəyə etdiyi yardımın 1,1 milyard dollara çatdığı bildirilib.
Qeyd edilib ki, ABŞ Suriyada vətəndaş müharibəsi başlayandan bəri bu ölkəyə təxminən 16,9 milyard dollar yardım edib.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Suriyanın gələcəyini dəstəkləmək üçün 7-ci Brüssel Konfransında ümumilikdə 9,6 milyard avro qrant və kreditin ayrıldığını açıqlayıb.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay