BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.9245
  • RUB
    2.0345
  • TRY
    0.0447
  • GBP
    2.2136
29381

Almaniya Bundesliqası nəhənglərindən olan Dortmund "Borussiya"sı son illərdə transferlərdəki uğurları ilə diqqət çəkir. Bir çox gənc istedadları yüksək səviyyəyə çatdıran klub onlardan pul qazanmağı da bacarır. Getdikcə futbolçu fabrikinə çevrilən "Borussiya"nın son uğuru Cude Bellinqemlə bağlı oldu. 

Böyük perspektiv vəd edən gənc futbolçu 103 milyon avro qarşılığında Madrid "Real"ına satıldı. Bu satışdan sonra Cude ən bahalı gənc ingilis futbolçu kimi klubun tarixinə düşdü. 2020-ci ildə "Birmingem"dən 30 milyon avroya transfer edilən 19 yaşlı yarımmüdafiəçi astronomik qiymətə "Real"a satıldı. Bundesliqadakı çıxışı ilə gənc yaşda Avropa nəhənglərini öz arxasınca salan Bellinqhem üçün "Real"ın möhtəşəm təklifi Dortmund təmsilçisinin uğurlarına daha biri yenisini əlavə etdi. 

İllər öncə Ceydon Sanço, Kristian Pulişiç, Pyer-Emerik Aubameyanq, Ousmane Dembele və Erlinq Haland kimi futbolçuları yetişdirib baha qiymətə satan klub Bellinqemin də satışından böyük gəlir qazandı. Ümumiyyətlə son illərdə "Borussiya"nın yetişdirdiyi və baha qiymətə satdığı futbolçuların ümumi dəyərini hesablasaq, klubun xəzinəsinə təxminən 707 milyon avro daxil olduğunu görə bilərik. Rekord satış siyahısında ilk pillədə Ousmane Dembele yer alır. "Barselona"ya 135 milyon avroya satılan Dembele 2016-cı ildə "Renn"dən 35 milyon avroya transfer olunmuşdu.

Valyuta.az "Borussiya"nın digər klublara satdığı ən bahalı futbolçuların siyahısını təqdim edir.

Ousmane Dembele  - 135 milyon avro ("Barselona", İspaniya)
Cude Bellinqem - 103 milyon avro ("Real", Madrid, İspaniya)
Ceydon Sanço - 85 milyon avro ("Mançester Yunayted", İngiltərə)
Kristian Pulişiç - 64 milyon avro ("Çelsi", İngiltərə)
Pyer-Emerik Aubameyanq - 64 milyon avro ("Arsenal", İngiltərə)
Erlinq Haland - 60 milyon avro ("Mançester Siti", İngiltərə)
Henrix Mxitaryan: 42 milyon avro ("Mançester Yunayted", İngiltərə)
Mario Götze - 37 milyon avro ("Bavariya", Almaniya)
Mats Hummels - 35 milyon avro ("Bavariya", Almaniya)
Abdu Diallo - 32 milyon avro (PSJ, Fransa)
İlkay Gündoğan - 27 milyon avro ("Mançester Siti", İngiltərə)
Pako Alkaser - 23 milyon avro ("Vilyareal", İspaniya)

Elmir
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan daha bir ölkədən qaz idxalına başlayıb

Siqaret yenidən bahalaşdı

Banklardakı əmanət faizlərinin yüksəlmə səbəbi

AYNA-nın 34 milyonluq tenderləri ləğv edildi

İndi qızıl almaq üçün uyğun vaxtdırmı? - Analitiklərin tövsiyələri

Nisyə mal alqı-satqısında yeni qaydalar

Fevralda 4 ölkə Azərbaycandan neft alışını dayandırıb

Metrologiya İnstitutunun 3.3 milyonluq tenderi

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycandan ABŞ-yə ixrac olunan məhsullar - Siyahı

Azərbaycana neft satan ölkələrin sayı artıb

Özəl klinikalarda həkim qəbulunun qiymətləri

Uğur qazanmaq üçün müştəriləri daha yaxşı dinləməyin 10 yolu - SƏHƏR OXUSU

"Tesla" iki modelin satışını dayandırdı

"Yaradıcı Azərbaycan" üçün 3.2 milyon manat

Azərbaycanda ən çox viza bu ölkələrə verilib (SİYAHI)

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 20 %-dən çox azalıb

Kiyevə 21 milyard avroluq yeni hərbi dəstək vəd olunub

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

Azərbaycan-MDB ticarət əlaqələrində 1,5 milyardlıq kəsir

"iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər

Əhalinin ən çox pul xərclədiyi sahələr - I rübün statistikası

Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...

Sabah hava dəyişkən buludlu olacaq

Əhalinin dərman və tibbi ləvazimatlara çəkdiyi xərc 9 %-dən çox artıb

"Google Xəritələr" məlumatları artıq "böyük mənzərəni" görməyə imkan verəcək

200 min borcu olan şirkətə İcra Hakimiyyəti 400 minlik sifariş verdi

Neftimizin qiyməti bahalaşıb

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

"City Construction"ın 350 mindən çox borcu var

"Azərdövlətlayihə" sabiq nazirin şirkətinə 250 minlik sifariş verdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin