"Ya statistikanı düzgün aparmırlar, ya da işlərinə etinazsız yanaşırlar" - Ekspert
"Statistika Komitəsi statistikanı ya düzgün aparmır, ya da işinə etinazsız yanaşır".
Bu sözləri Valyuta.az-a iqtisadçı Əkrəm Həsənov Dövlət Statistika Komitəsinin Azərbaycanda əhalinin siyahıya alınmasının nəticələrinin açıqlamamasının səbəbləri haqqında danışarkən deyib.
İqtisadçı bildirib ki, Dövlət Statistika Komitəsi tərəfindən əhali 2019-cu ildə siyahıya alınıb, cavabı isə iki il ərzində açıqlanmalı idi:
“İndi 2023-cü ildir, hələ də bu statistik göstəricilər açıqlanmayıb. Şəxsən mən görməmişəm. Hətta görməmişəm ki, kimsə gəlsin məni siyahıya alsın”.
Əkrəm Həsənov bildirib ki, komitə bu nəticələrin açılanmamasının səbəbləri haqqında da məlumat verməli idi:
“Onlar ictimaiyyətə məlumat verməli idilər, lakin 2023-cü ildir, hələ də heç bir açıqlama yoxdur”.
İqtisadçı qeyd edib ki, Azərbaycanda bununla bağlı açıqlanmış sonuncu statistik nəticə 2009-cu ildə olub.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay