Rubl 2035-40-cı illərdən tez dollarla rəqabət apara biləcək valyuta olmayacaq
Moskva birjasında dolların məzənnəsi 2022-ci il aprelin 4-dən bəri ilk dəfə olaraq 85 rubl həddini keçib.
Valyuta.az xəbər verir ki, bunu valyuta ticarətinin məlumatları sübut edir .
Moskva vaxtı ilə saat 09.48-ə olan məlumata görə, ABŞ dolları 0,86% artaraq 85,02 rubl təşkil edib. Moskva vaxtı ilə saat 09.52-də dolların məzənnəsi 84,87 rubl səviyyəsində qeyd olunub. (+0,68%).
Eyni zamanda, avronun məzənnəsi 0,65% artaraq 91,53 rubl, Çin yuanının məzənnəsi isə 0,82% artaraq 11,831 rubl təşkil edib.
İyunun 13-də avronun məzənnəsi 2023-cü il aprelin 25-dən bəri ilk dəfə olaraq 91 rubl səviyyəsinə qalxıb .
Bundan əvvəl iqtisad elmləri namizədi, maliyyə eksperti Vladimir Qriqoryev dollar və avronun rubla nisbətən daha da möhkəmlənə biləcəyini bildirib. Onun fikrincə, dolların və avronun "cüzi artım" ehtimalı rublun möhkəmlənməsindən daha çoxdur.
Roskonqres onu da qeyd edib ki, rubl 2035-2040-cı illərdən tez dollar və avro ilə rəqabət apara biləcək valyuta olmayacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay