Soros 25 milyard dollarlıq investisiya biznesini 37 yaşlı oğluna verir
Maliyyəçi Corc Soros 25 milyard dollarlıq investisiya biznesinə nəzarəti 37 yaşlı oğlu Aleks Sorosa verir.
Valyuta.az "The Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, 2022-ci ilin dekabrında Açıq Cəmiyyət İnstitutu (Soros Fondu) direktorlar şurası Aleks Sorosu sədr seçilib. Bundan əlavə, o, Corc Sorosun siyasi fəaliyyət komitəsinin prezidenti olub. Aleks Soros həm də ata Sorosun sərvətini idarə edən şirkət olan "Soros Fund Management"ə nəzarət edən investisiya komitəsində işləyən yeganə ailə üzvüdür.
WSJ-nin məlumatına görə, bəziləri Corc Sorosun aktivlərinə nəzarətdən əl çəkəcəyinə şübhə edirdi. Qəzet qeyd edir ki, o, əvvəllər vəsaitlərini övladlarına köçürməyi planlaşdırmadığını bildirib. Bununla belə, WSJ-nin məlumatına görə, Soros sonda aktivlərin idarə edilməsini Aleks təhvil verib. Çünki o, "atasının etimadını qazanıb”, onu işgüzar səfərlərdə əvəzləyib.
Aleks Soros WSJ-yə müsahibəsində Amerika solçu siyasətçilərini dəstəkləməyə davam etməyi planlaşdırdığını bildirib. Onun sözlərinə görə, o, Corc Sorosdan "daha çox siyasi fəaldır”. Aleks Soros əlavə edib ki, onun fikirləri atasının fikirləri ilə üst-üstə düşür, lakin o, səsvermə hüququnu və abort hüququnu dəstəkləməkdə daha fəal olacaq.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay