Rusiyalı oliqarxlar milyardlarla dollar qazanır - Siyahıda azərbaycanlı da var
Rusiyanın bir neçə ən böyük oliqarxı Ukrayna müharibəsi ilə bağlı sanksiyalara baxmayaraq, şirkətlərindən milyardlarla dollar dividend alıblar.
Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, onların bu pulu hara xərcləmək üçün bir çox variantları yoxdur.
"Bloomberg" Milyarderlər İndeksinə əsasən, neft, nikel və minerallar sənayesində çalışan beş rusiyalı milyarder 2022-ci ilin əvvəlindən şirkətlərindən təqribən 10 milyard dollar ödəniş alıb.
Qeyd olunur ki, Vahid Ələkbərov, Leonid Mixelson və Gennadi Timçenko kimi rusiyalı enerji milyarderləri üçün böyük ödənişlərə Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində enerji qiymətlərindəki sıçrayış səbəb olub.
Milyarder Andrey Quryevin gübrə istehsalçısı "PJSC Fosagro" da qiymətlərin bahalaşmasına səbəb olan bəzi bazarlardakı qıtlığa görə ötən il böyük gəlir əldə edib.
Eyni zamanda, Quryev və mədən nəhəngi "PJSC MMC Norilsk Nikel"in səhmdarı Vladimir Potanin Böyük Britaniya və ABŞ-ın, Timçenko isə Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın sanksiyaları altındadır. Ələkbərov və Mişelson Britaniyanın sanksiyalarına düşüb.
"Onların dünyanın qalan hissəsindən təcrid olunması milyarderlərin əvvəllər düşünmədiyi yerli firmalara sərmayə qoymağa sövq edir və Rusiya elitasının müharibədən sonrakı reallığa necə uyğunlaşdığını göstərir", deyə məqalədə qeyd edilir.
Məsələn, ölkənin ikinci ən böyük neft istehsalçısı olan "PJSC Lukoil"in həmtəsisçisi, azərbaycanlı Vahid Ələkbərov neftdən kənar sektora ilk böyük investisiyası olan Rusiyanın dominant axtarış sistemi "Yandex"in nəzarət paketini almağı planlaşdırır.
Digər misal Rusiyanın ən varlı adamı və mədən nəhəngi "PJSC Norilsk Nikel"in ən böyük səhmdarı, milyarder Vladimir Potanindir. Onun "Tinkoff Bank"ın 35%-ni almaqla maliyyə ilə məşğul olduğu, həmçinin PJSC-ni də aldığı qeyd edilir. "Rosbank" və Ələkbərovla birlikdə "Yandex" almaq üçün müraciət edənlərdən biridir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay