Azərbaycanı seçən turistlər: Hansı ölkədən və nə qədər ziyarətçi gəlib?
“Yanvar-may aylarında Azərbaycana 713 mindən çox xarici turist gəlib. Bu isə ötən ilin anoloji dövrü ilə müqayisədə 52 faiz artım deməkdir”.
Bunu Valyuta.az-a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Gülnar Mustafayeva deyib:
“Təkcə may ayında 190 mindən çox xarici ziyarətçi olub. Bu da 2022-ci ilin mayı ilə müqayisədə 38 faiz artım deməkdir. Amma pandemiyadan əvvəlki 2019-cu illə müqayisə etsək, hələ də əvvəlki səviyyənin tam bərpasından danışa bilmərik. Yanvar-may ayı üzrə statistikanın müqayisəsi bərpanın 65 faiz üzərində olduğunu göstərir.
İlin ilk beş ayında ölkəmizə xarici ziyarətçilər ən çox Türkiyə, Rusiya, Gürcüstan, Səudiyyə Ərəbistanı, BƏƏ, Ukrayna, Pakistan, Hindistan, Qazaxıstan, Küveyt kimi ölkələrdən gəliblər.
Pandemiyadan sonra ölkənin turizm sənayesi aktiv şəkildə bərpa olunur. Yay mövsümünü Azərbaycanda turizm sahəsinin ən aktiv dövrü hesab edildiyindən, düşünürük ki, bu dövrdə ölkəmizə daha çox turistik səfərlər olacaq. Nəticədə yay mövsümündə rəqəmlər daha da artacaq. Bununla bərabər, gəlmə statistikasında daha ciddi nəticələrə nail olmaq üçün təbliğat işlərilə yanaşı, birbaşa uçuşların sayının artırılmasının önəmini də qeyd etməliyik. Yay mövsümündə daha çox Avropa bazarları istiqamətində təbliğat işlərimizi davam etdirəcəyik. Ənənəvi bazarlarımız isə Yaxın Şərq, Rusiya və Türkiyə olaraq qalır”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay