Google Maps antik dövr: Tarixçilər Qədim Romanın interaktiv xəritəsini yaratdılar
Stenford Universitetinin bir qrup tədqiqatçısı Roma İmperiyasının - Aralıq dənizinin bütün sahilyanı ərazilərini əhatə edən qüdrətli dövlətin ən böyük və ətraflı interaktiv xəritəsini hazırlayıb.
Valyuta.Az bu barədə Techno-ya istinadla xəbər verir.
Xəritədə 632 obyekt, o cümlədən Roma İmperiyasının çiçəklənmə dövründə olan şəhərlər və dağ keçidləri var. İmperiyanın ümumi ərazisi 2.750.000 kvadrat kilometr olub. Bu layihə eramızın 200-cü ilində bir şəhərdən digərinə səyahət etmək üçün lazım olan vaxtı və xərcləri müəyyən etməyə imkan verir.
Alimlər izah ediblər ki, onların xəritəsi Roma İmperiyasında mövcud olan şəhərlər, yollar, çaylar və dəniz yolları şəbəkəsinin sadələşdirilmiş modelinə əsaslanır. Buraya həm də son antik dövrdə tikilmiş ərazilər və yollar daxildir.
Xəritədə mövsüm və seçilmiş nəqliyyat növü nəzərə alınır. Sərnişinlərin piyada, at belində, yük arabasında, xərəklə və ya şəxsi arabada səyahət etmək imkanı var.
Məsələn, Romadan Panticapaeum'a (Kerç) piyada getsəniz və gündə 30 km piyada getməklə, yol 34 gün çəkər. Bu, uzun, lakin pulsuz bir yoldur.
Ancaq at estafetindən istifadə etsəniz, bunu 12,5 gün ərzində edə bilərsiniz.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay