Rusiyada neft və qaz gəlirində fəlakətli azalma, trilyonluq büdcə kəsiri - Vəziyyət kritikdir
İyun ayında Rusiyanın neft və qaz gəlirlərinin azalması 44 milyard rubl səviyyəsində proqnozlaşdırılır. Bir ay əvvəl bu mənfi 38,7 mlrd. olub. Proses yüksələn xətt üzrə gedir.
Valyuta.az MK-ya istinadla xəbər verir ki, bu barədə iqtisadçı Nikolaev büdcə kəsirinin getdikcə artmasından danışarkən deyib.
RF Maliyyə Nazirliyi hesab edir ki, bu gəlirlərin azalması Rusiya neftinin qiymətinin yeni ucuzlaşması ilə bağlıdır. Rusiyanın “qara qızıl”ının əsas ixrac növü olan Urals-ın barreli təxminən 5,3 dollar dəyər itirib.
Beləliklə, Urals bir barel üçün müəyyən edilmiş 60 dollar qiymət “tavanından” aşağı qiymətə satılır.
Nəticədə bu ilin ilk dörd ayında federal büdcənin kəsiri 3,42 trilyon rubl təşkil edib. Bu ilin əvvəlindən 2022-ci illə müqayisədə büdcənin gəlirləri illik ifadədə 22,4% azalıb, xərcləri isə əksinə, 26,% artıb.
“Ümumiyyətlə, bu 44 milyard rubl iqtisadiyyatımız üçün böyük rol oynamır, - Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun baş elmi işçisi İqor Nikolaev deyir. - Başqa məsələ odur ki, büdcə kəsiri artır. İlin beş ayı üzrə məlumatlar hələ dərc olunmayıb, lakin yanvar-aprel dövründə kəsir 3,4 trilyon təşkil edib, bütün il üçün isə 2,9 trilyon səviyyəsində planlaşdırılıb.
Budur, bu 44 milyard çoxdan planlaşdırılandan kənara çıxmış büdcə kəsirinin daxılına gedəcək, bu onun daha da artmasının tərkib hissəsidir. Hər kəs büdcə kəsirinin nə olduğunu bilir. Yəni xərclərin gəlirdən çox olması halı”, - iqtisadçı deyib.
Ekspert bu vəziyyətin Rusiya iqtisadiyyatı üçün nə dərəcədə kritik olmasıyla bağlı sualı da cavablandırıb:
“Bu il Milli Rifah Fondunu və müəyyən sabitliyi nəzərə alsaq, bu cür artan kəsir şəraitində belə sağ qalacağıq. Ancaq 2024-cü il haqqında düşünmək lazımdır. Vəziyyət çox narahatlıq doğurur”.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay