İnvestisiya fondlarına yeni tələblər hansılardır?
İnvestisiya fondları və onların idarəçiləri reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barədə Mərkəzi Banka beş iş günü müddətində yazılı bildiriş göndərəcəklər.
Valyuta.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 5-də keçirilən iclasında müzakirəyə çıxarılan “İnvestisiya fondları haqqında” Qanuna ediləcək dəyişiklikdə əksini tapıb.
Qanun layihəsinə əsasən, eyni zamanda, “Qiymətli kağızlar bazarı haqqında” Qanunda nəzərdə tutulan sənədlər Mərkəzi Banka əvvəlcədən təqdim edildikdə və həmin sənədlərdə dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.
Sənədə görə, mərkəzi depozitar müvafiq lisenziya almadan investisiya fondunun depozitarı fəaliyyəti ilə məşğul ola biləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay